SON DƏQİQƏ! Sumqayıtda yaşayış binası yanır 

Sumqayıt şəhərində yaşayış binasında yanğın başlayıb.

Referans Media  “Report.az”a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.

Yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki