Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb.
Referans Media “Report”a istinadən xəbər verir ki,hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.
Belə ki, 2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.




















