Argentinanın ev həbsində olan keçmiş prezidenti Kristina Fernandes de Kirşner qarın nahiyəsindəki ağrı səbəbilə xəstəxanaya yerləşdirilib.
Referans Media oxu.az – a istinadən bildirir ki, bu barədə “La Nacion” qəzeti mənbələrə istinadən xəbər verir.
Xəstəxanada Fernandes de Kirşnerə appendisit diaqnozu qoyulub. O, əməliyyat edilib.
Qeyd edək ki, Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrınadək Argentina prezidenti postunu tutub. 2022-ci ilin dekabrında məhkəmə onu Santa-Krus əyalətində infrastruktur layihələrinin həyata keçirilməsində korrupsiya işinə görə altı il həbs cəzasına məhkum edib.





















