ABŞ Prezidenti Donald Tramp-ın Səudiyyə Ərəbistanına Türkiyənin KAAN döyüş təyyarəsi layihəsindən və əlaqəli silah alımlarından imtina etməsi üçün təzyiq etdiyi iddia olunur.
Referans Media xəbər verir ki, Vaşinqtonun bu addımı, Amerikanın müdafiə sənayesi məhsullarının bölgədəki üstünlüyünü qorumaq və hərbi maraqlarını təmin etmək məqsədi daşıdığı bildirilir.
ABŞ Müdafiə Nazirliyi Türkiyənin KAAN döyüş təyyarəsinə sərmayə qoymasının Qərb maraqlarına zərər verəcəyini düşünür. Vaşinqton, Türkiyə və Səudiyyə Ərəbistanı arasında müdafiə texnologiyaları sahəsində mümkün əməkdaşlığın qarşısını almağa çalışır. ABŞ, Səudiyyə Ərəbistanını ən böyük müdafiə tədarükçüsü kimi saxlamaq üçün yüksək məbləğli silah satışları və strateji razılaşmalar edir.
ABŞ hesab edir ki, Türkiyənin KAAN layihəsinə sərmayə qoyması Amerika müdafiə sənayesinə olan tələbi azaldacaq və bölgədəki bazar payını zəiflədəcək. Tramp idarəsi, Ankara ilə Riyad arasında mümkün iş birliyinin qarşısını almaqla bölgədəki hərbi maraqlarını qorumaq istəyir.
Daha əvvəl Tramp administrasiyası Səudiyyə tərəfinə yüz milyardlarla dollar dəyərində Amerikan müdafiə avadanlığı təklifləri təqdim etmişdi.
