Müğənni Gülben Ergenin Türkiyə matəm içində olduğu bir gündə verdiyi müsahibə Demet Akalının sərt reaksiyasına səbəb olub.
Referans Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kahramanmaraşda bir orta məktəbə silahlı hücum nəticəsində 10 nəfərin həyatını itirməsi bütün Türkiyəni sarsıdıb.
Eyni gündə – aprelin 15-də, 46 ildən sonra yenidən səhnəyə qoyulan “Gırgıriye”nin premyerası baş tutub. Premyeradan sonra müğənni və aktrisa Gülben Ergen jurnalistlərə açıqlama verib. Lakin müsahibənin vaxtı və Ergenin keçmiş həyat yoldaşı Mustafa Erdoğan ilə birlikdə gülərək danışması sosial mediada tənqid olunub.
Sosial media istifadəçiləri Ergenin müsahibə zamanı faciə ilə bağlı heç bir fikir bildirməməsini və davamlı gülməsini “həssaslıqdan uzaq davranış” kimi qiymətləndiriblər.
Ölkədə matəm ab-havasının hökm sürdüyü saatlarda belə bir çıxışın edilməsi cəmiyyətin böyük hissəsinin narazılığına səbəb olub./musavat.com























