CNN Türk müxbiri Emrah Çakmak və operator Halil Kahraman Təl-Əvivdə saxlanılıblar.
Referans Media xəbər verir ki, jurnalistlər İsrail Müdafiə Nazirliyinin yaxınlığında canlı yayım edərkən yerli təhlükəsizlik qüvvələri onlara yaxınlaşıb.
Jurnalistlər İranın raket hücumundan dərhal sonra sığınacaqlardan çıxan mülki şəxsləri göstərirdilər.
Çəkiliş qrupu polis bölməsinə aparılıb.
Türkiyənin Kommunikasiya İdarəsinin baş direktoru Burhanəddin Duran bildirib ki, Ankara jurnalistlərin dərhal azad edilməsi üçün lazımi addımları atır və vəziyyəti yaxından izləyir.
Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik həbsi “mətbuat azadlığına hücum” adlandırıb və jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib.






















