Üç çoban qar uçqunu altında qaldı

Referans Media  “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, uçqun Ardanuç rayonunda dəniz səviyyəsindən 2 300 metr yüksəklikdə yerləşən Aksu yaylasında yerli vaxtla səhər saat 11:00 radələrində baş verib. Üç çobanın sürüləri ilə birlikdə qar altında qalması xəbərindən sonra AFAD qrupları səfərbər edilib. Qruplar qarla örtülü yolları təmizləyən ağır texnikanın köməyi ilə əraziyə çatmağa çalışırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki