Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Vlodimir Zelenskinin Rusiya ilə deyil, bilavasitə Ukrayna xalqı ilə mübarizə apardığını deyib.
Referans xəbər verir ki, o, “Sputnik”ə açıqlamasında Zelenskinin əsas missiyasının Ukrayna xalqını məhv etmək olduğunu iddia edib:
“Zelenski Rusiya ilə yox, Ukrayna xalqı ilə mübarizə aparır. Onun üçün yazılmış missiya ukraynalıları fiziki cəhətdən məhv etməkdir”.
Zaxarova həmçinin vurğulayıb ki, Kiyev Rusiya ilə əsir mübadiləsi çərçivəsində min Ukrayna hərbçisini qəbul etməkdən imtina edib. Onun sözlərinə görə, Ukrayna rəhbərliyinə öz vətəndaşları nə diri, nə də ölü halda lazım deyil.
XİN rəsmisi Ukrayna tərəfinin bu məsələ ilə bağlı susqunluğunu da tənqid edib.
Qeyd edək ki, Kiyevin bu addımı əsir mübadiləsinin ikinci mərhələsini də çətinləşdirib.(Globalinfo.az)