“Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır.
Referans Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.
O qeyd edib ki, görüş Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mümkündür.
