SON DƏQİQƏ! Bakıda avtobus sürücülərinin çoxu QADINLAR OLACAQ…

24 noyabr 2025 – ci il tarixindən etibarən Azərbaycanın sərnişin avtobuslarında xanım sürücülər rəsmi şəkildə fəaliyyətə başlayırlar.

İlk müddətdə onların fəaliyyətinə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.

Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.

Qadın sürücülərin ictimai nəqliyyətda rolu nəqliyyət mədəniyyətinin formalaşdırılması istiqamətində hansı perspektivləri vəd edir? Gələcəkdə qadın sürücülərin sayının artırılması nəzərdə tutulurmu?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Referans-a açıqlamasında bildirib ki, əvvəllər də Bakının ictimai nəqliyyatında qadın sürücülər olub. Vaxtilə tramvayların əksər sürücüləri Bakıda əsasən qadınlar idi. Bu gün isə ölkəmizdə xüsuilə də Bakı şəhərində taksi sürən qadınlarımız da var.

Ekspert hesab edir ki, ictimai nəqliyyat sektorunda avtobus sürən qadınların yenidən görünməsi isə qətiyyən bizi təəccübləndirməməlidir. Bu normal haldır. Bu prosesdə biz hələ bəlkə də bir az yubanmışıq. Qadın sürücülərin çoxalmasında heç bir qəbahət yoxdur. Əksin bu yeni ictimai nəqliyyat mədəniyyətinin inkişafı üçün effektiv ola bilər.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, üstəlik,  Azərbaycanda avtomobillə bağlı qadın klublarımız da mövcuddur. Qadınlar istənilən ciddi və kişilərin çalışa bildiyi  sahədə işləməkdə azaddırlar. Mən deyərdim ki, bu hal ictimai nəqliyyatın avtobus seqmentini daha da cəlbedici, etibarlı və güvənli edəcək. Həmçinin sürücülərin sərnişinlərlə davranışına da müsbət təsir göstərəcək.

“Düşünürəm ki, burada qəribə qarşılanacaq heç bir nüans yoxdur. Əlbəttə, bu gedişlə gələcəkdə ictimai nəqliyyətin avtobus seqmentində qadın sürücülərini biz daha çox görəcəyik“, – deyə ekspert qeyd edib.

Bünyamin Bünyadzadə

Referans


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki