2026-cı ildə göy cismləri nə xəbər verir? Astroloji baxımdan Dünya hansı hadisələrə hazır olmalıdır? Həyatımızın hansı sahələri sürətlənəcək, hansı mövzular tamamlanacaq? Bürclər 2026-cı ildə nə ilə üzləşəcək? Sevgi, pul və karyera sahələrində kim uğurlu olacaq, kim sınanacaq? Ən maraqlısı isə: 2026-cı ilin ən şanslı bürcləri hansılardır? Təcrübəli astrolog Kenan Yasin Bölükbaşı bu proqnozları və ilin “ən”lərini bölüşüb.
Ümumi baxış:
2025-ci il həm çətinlikləri, həm də uğurları ilə bir tamamlanma dövrü oldu. Planetlərin hərəkəti səbəbindən keçid və hazırlıq mərhələsi yaşandı. 2026-cı ildə isə bu təsirləri daha dolğun şəkildə hiss edəcəyik.
2026-cı ilin əsas teması nədir?
Fərdi hərəkətdən çox, topluluk şüuru ön plana çıxır. “Tək deyil, birlikdə” mesajı ilin hər dönəmində hiss olunacaq. Ümidləri yenidən qurmaq və bunu fərdi deyil, kollektiv şüurla həyata keçirmək önəmlidir. Topluluqlar, sivil qurumlar və ortaq məqsədlər il boyu diqqət mərkəzində olacaq.
2026-ya necə giririk?
Numeroloji olaraq 2026-cı il “bir” enerjisi daşıyır. Bu, yeni başlanğıcları və yeni addımları simvolizə edir. 2025-ci ildə tamamlanan dövrlərdən sonra, 2026-cı ildə hərəkət etmək ehtiyacı daha da güclənir.
Yeni başlanğıclar hansı sahələrdə özünü göstərəcək?
2026-cı ildə uzunmüddətli və davamlı strukturlardan çox, qısa müddətli, sınaq məqsədli və çevik proseslər ön plana çıxacaq. Prototiplər, alternativ layihələr və sınaq modelləri daha görünür olacaq.
Texnologiya və süni zəka:
Süni zəka 2026-cı ildə də həyatımızın mərkəzində olacaq. Xüsusilə dolça bürcündəki tutulmalar texnologiyanın daha əlçatan olmasını təmin edəcək. “Sahib olmaq” anlayışı yerini “çətinlik olmadan giriş”ə verəcək; abunəlik sistemləri və paylaşım əsaslı platformalar bu dəyişimin konkret nümunələri olacaq.
2026-cı il daşınmaz əmlak sektoru üçün necə olacaq?
2020-ci ildən başlayan uzunmüddətli dövrün ilk illəri çətin keçdi. 2026-cı ildən etibarən yeni mənzil layihələri və şəhərləşmə planları gündəmə gələ bilər.
Atlas kometasının mesajı nə idi?
2026-cı ildə “anomal” və ya gözlənilməz kəşflər gündəmə gələ bilər. Bu, bəzi hallarda pandemiyalar, bəzən isə daha geniş dəyişikliklərlə əlaqələndirilir.
2026-cı ilin bürcləri və “ən”ləri:
Od bürcləri (Qoç, Aslan, Yay): Güclü, motivasiyalı və dəstək alacaq. Ekonomik və şəxsi sahələrdə əhəmiyyətli dönəmlər yaşayacaqlar.
Hava bürcləri (Əkizlər, Tərəzi, Dolça): Əlaqələr və investisiyalar baxımından uğurlu bir il. Sosial çevrə və şəbəkələrdən fayda əldə ediləcək.
Su bürcləri (Xərçəng, Əqrəb, Balıq): Merkür retrosundan təsirlənəcək, amma axışa uyğun hərəkət etdikdə yeni fürsətlər açılacaq.
Torpaq bürcləri (Qız, Oğlaq, Buğa): Uzun və çətin dövrdən sonra rahatlama başlayır. Planlı və bilincli addımlar yüksəlişi təmin edəcək.
Sevgi, karyera və pul baxımından ən şanslı bürclər:
Sevgi: Aslan və Buğa bürcləri romantik və emosional baxımdan şanslıdır. Dolça da fərqli çərçivədə fürsətlər əldə edə bilər.
Karyera: Qoçlar yeni işlər və layihələrdə öndədir. Yaylar da bu sahədə aktiv olacaq. Su bürcləri isə karyera dəyişiklikləri və yeni planlarla şanslı olacaq.
Maliyyə: Qız və Oğlaq bürcləri miras, torpaq və digər investisiyalarla pul sahəsində uğur əldə edə bilər.
Qoç və yüksələn Qoç: Güclü daxili kimlik yenilənməsi yaşanacaq. Mart ayında iş və sağlamlıq sahəsində dəyişikliklər, Aprel ayında isə zehni və təhsil baxımından yeni fürsətlər olacaq.
Buğa və yüksələn Buğa: Karyera və status sahəsində yeni başlanğıclar. Aprel ayında gəlir modelləri dəyişəcək, Avqust ayında ailə və ev mövzusu diqqət mərkəzində olacaq.
Əkizlər və yüksələn Əkizlər: Ani və qeyri-adi dəyişikliklər. Uzaq ölkə, təhsil və səyahət imkanları açılacaq.
Xərçəng və yüksələn Xərçəng: Rahatlatıcı bir il. Maddi mövzular və özünü göstərmək imkanı ön planda olacaq.
Aslan və yüksələn Aslan: 9 illik yeni dövr başlayır, münasibətlər və maliyyə sahəsində sınanmalar olacaq.
Qız və yüksələn Qız: Duyğusal dərinlik və yenilənmə ili. Sağlamlıq və iş sahəsində yeniliklər olacaq.
Tərəzi və yüksələn Tərəzi: Şanslı və açılımlı bir il. Yeni başlanğıclar və sürətli qərarlar gündəmə gələcək.
Əqrəb və yüksələn Əqrəb: Dərin yenilənmə ili. Kolektiv işlərdə uğurlar əldə ediləcək, lakin ödünlər də qaçılmazdır.
Yay və yüksələn Yay: Hərəkətli və məhsuldar bir il. Yeni təhsil və layihələr, yaratıcı və tutkulu fəaliyyətlər ön planda olacaq.
Oğlaq və yüksələn Oğlaq: Alışılmış nizam pozulacaq, amma qısa müddətli fürsətlərdən faydalanmaq mümkündür.
Dolça və yüksələn Dolça: Kimlik və yenilənmə ili. Yeni məsuliyyətlər və liderlik imkanları ortaya çıxacaq.
Balıq və yüksələn Balıq: Özgürləşmə və güclənmə ili. Öz dəyərini artıracaq, münasibətlərdə dönüşüm və yeni başlanğıclar yaşanacaq.





















