2026-cı ilin iyun ayında saç kəsdirmək üçün ən uğurlu günlər açıqlandı

Ay təqviminə əsasən, 2026-cı ilin iyun ayında saç kəsdirmək üçün ən münasib günlər müəyyən edilib. Astroloqların fikrincə, bu tarixlərdə edilən saç kəsimi saçların daha sağlam uzanmasına və formasını daha uzun müddət saxlamasına kömək edə bilər.

Saç kəsimi üçün əlverişli günlər:

  • 2–3 iyun
  • 11–12 iyun
  • 17–20 iyun
  • 29 iyun

Xüsusilə 17–18 iyun tarixləri saçlara həcm və parlaqlıq vermək istəyənlər üçün uğurlu hesab olunur.

Saç kəsdirmək tövsiyə olunmayan günlər isə bunlardır:

  • 7–8 iyun
  • 15 iyun
  • 24–25 iyun
  • 30 iyun

Mənbədə qeyd olunur ki, digər tarixlər əsasən neytral günlər hesab edilir və sadə saç baxımı prosedurları üçün uyğun sayılır.

Astroloqlar hesab edirlər ki, Ayın fazaları və bürclər üzrə hərəkəti saç baxımına təsir göstərə bilər. Bununla belə, bu yanaşma elmi fakt kimi deyil, astroloji ənənə kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki