32 şəhər üçün TƏCİLİ xəbərdarlıq edildi

Meteorologiya məlumatlarına görə, bu gün 32 əyalətdə güclü yağış müşahidə olunacaq. Səlahiyyətlilər Antalya üçün sarı xəbərdarlıq edib. Muğla, İsparta, Düzce, Zonguldak və Bartında güclü yağış yağacağı, qərbdə və daxili ərazilərdə temperaturun 3-5 dərəcə soyuyacağı gözlənilir. Bu həftə soyuq hava daha güclü hiss olunacaq. Xüsusilə İstanbul və Ankara üçün…

Referans MEDİA xəbər verir ki, Meteorologiya Baş İdarəsinin (MGM) proqnozlarına görə, qərb və daxili bölgələrdə havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

İstanbul, Yalova, Kocaeli, Bursa, Sakarya, Düzce, Bolu, Biləcik, Kütahya, Uşak, Dənizli, Burdur, Antalya, Isparta, Afyonkarahisar, Konya, Eskişehir, Karabük, Kastamonu, Çankırı, Kırıkkale, Ankara, Yozqat, Çankırı, Sinop, Samsun, Amasya,  Mersin rayonlarında güclü yağış yağacağı gözlənilir.

Muğlanın şərqi, Antalya, Isparta, Düzce, Zonguldak və Bartın bölgələrində intensiv yağışlar gözlənilir. Gecə və səhər saatlarında Egey, qərb və mərkəzi Qara dəniz bölgələrində də daxili ərazilərdə duman olacağı gözlənilir.

Digər tərəfdən İstanbulda səhər saatlarında yağan güclü yağış nəqliyyatda sıxlığa səbəb olub. İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) yol hərəkəti xəritəsinə əsasən, səhər saatlarında yollarda tıxac yaranıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki