5 ölkə böyük əməliyyata start verdi: minlərlə əsgər, silahlar…

  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Belarusda irimiqyaslı təlimləri başlayıb.Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, təlimlər Vitebskdə keçirilir və eyni anda üç manevrdən ibarətdir:

“Qarşılıqlı fəaliyyət-2025”, “Axtarış-2025” və “Eşelon-2025”. Həmçinin təlimlərə 2000-dən çox hərbi qulluqçu və 450 ədəd silah və texnika, 9 döyüş təyyarəsi və helikopter, 70-dən çox pilotsuz uçuş aparatı cəlb edilib”.

Qeyd edilib ki, əməliyyatda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan KTMT Kollektiv Qüvvələrinin kontingentləri iştirak edir.

“Qarşılıqlı fəaliyyət-2025” təliminin əsas məqsədi KTMT-yə üzv ölkələrdən birində yaranmış böhranlı vəziyyətin həlli üçün birgə hərəkətlərin həyata keçirilməsidir . “Axtarış-2025” kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyətinə, “Eşelon-2025” isə əməliyyatların maddi-texniki təminatı məsələlərinə həsr olunub”, – deyə təlimlərin mətbuat mərkəzindən əlavə olunub.

Qeyd edək ki, avqustun əvvəlində Belarus Müdafiə Nazirliyi sentyabrın əvvəlində respublikada KTMT formatında bir sıra təlimlərin planlaşdırıldığını elan edib. Rusiya qoşunlarının ilk eşalonu “Zapad-2025” təlimləri üçün Belarusa gəlib.//Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki