Sürücülər üçün ŞAD XƏBƏR: 20 bal limiti LƏĞV EDİLİR

Son günlər sürücülər arasında 20 ballıq cərimə sisteminin ləğv olunacağı ilə bağlı iddialar müzakirə mövzusuna çevrilib. Bəs doğrudanmı bu sistem aradan qaldırılacaq, yoxsa əksinə, daha da sərtləşdiriləcək?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Referans Media-ya açıqlamasında vacib məqamlara aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, cərimə balı sisteminin ləğvi ilə bağlı hər hansı plan yoxdur və belə bir addımın atılması da düzgün hesab edilmir.

“Ümumiyyətlə, bu sistemi ləğv etmək düzgün olmazdı. Heç olmasa sürücülərdə müəyyən məsuliyyət hissi formalaşdırır”, – deyə o bildirib.

Elməddin Muradlı qeyd edib ki, hazırda cərimə balı limitinin 20-dən 30-a qaldırılması ilə bağlı təkliflər və müzakirələr aparılır. Təklifə əsasən, sürücülük hüququnun məhdudlaşdırılması 20 deyil, 30 cərimə balı toplandıqdan sonra tətbiq oluna bilər.

Onun sözlərinə görə, məsələ ilə bağlı hələlik parlamentdən hər hansı rəsmi qərar və ya açıqlama verilməyib. Təkliflərin qəbul olunub-olunmayacağı isə gələcək müzakirələrdən asılı olacaq.

Ekspert eyni zamanda bəzi qayda pozuntularına görə cərimə ballarının tətbiqinin ləğv edilməsinin məqsədəuyğun olduğunu düşünür. Xüsusilə dayanma və durma qaydalarının pozulmasına görə cərimə ballarının yazılması sürücülərin ən çox narazı qaldığı məsələlər sırasındadır.

“Bakıda dayanma və durma üçün kifayət qədər şərait yoxdur. Buna baxmayaraq, sürücülərə ağır sanksiyalar tətbiq edilir. Bu səbəbdən həmin məsələlərə yenidən baxılmasına ehtiyac var”, – deyə ekspert vurğulayıb.


Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki