ABŞ 30-a yaxın diplomatı geri çağırır

Tramp administrasiyası 30-a yaxın peşəkar diplomatı geri çağırıb

“Öncə Amerika” siyasətini tam dəstəkləyən diplomatlardan ibarət komanda formalaşdırmaq istəyən ABŞ Prezidenti Donald Trampın administrasiyası, aralarında səfirlərin də olduğu təxminən 30 peşəkar diplomatı xidmət etdikləri ölkələrdən geri çağırıb.

ABŞ Dövlət Departamentindən iki rəsmi şəxsin verdiyi məlumata görə, azı 29 ölkədə fəaliyyət göstərən yüksək rütbəli diplomatlara yanvar ayında səlahiyyət müddətlərinin başa çatacağı bildirilib.

Rəsmilər qeyd ediblər ki, geri çağırılan diplomatların hamısı sabiq prezident Co Baydenin dövründə vəzifəyə başlayıb. Eyni zamanda vurğulanıb ki, bu şəxslər Trampın ikinci prezidentlik müddətinin ilk aylarında həyata keçirilən vəzifə dəyişikliklərindən birbaşa təsirlənməyiblər.

Associated Press agentliyinə danışan mənbələr bildiriblər ki, geri çağırılan diplomatlar istədikləri təqdirdə karyeralarını Vaşinqtonda başqa vəzifələrdə davam etdirə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki