ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR – YENİLƏNDİ

Miqrant vizasının verilməsi dayandırılan ölkələrin tam siyahısı bəlli olub.

Referans Media xəbər verir ki, siyahıya Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d’İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosova, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən daxildir.

Qərar 21 yanvardan qüvvəyə minəcək.

ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün bütün viza prosedurlarını dayandırır.

Referans Media xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Telekanalın məlumatına görə, Dövlət Departamenti konsulluq işçilərinə viza verməkdən imtina etmək əmri verib.

Vətəndaşlarına viza verilməsi müvəqqəti olaraq dayandırılan ölkələrin siyahısına Rusiya, İran, İraq, Somali, Əfqanıstan, Braziliya, Misir, Nigeriya, Tayland, Yəmən və digərləri daxildir.

Dayandırılma 21 yanvarda başlayacaq və agentlik viza müraciəti prosesini yenidən qiymətləndirənə qədər qeyri-müəyyən müddətə davam edəcək.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki