ABŞ–Cənubi Koreya ticarətində yeni GƏRGİNLİK

ABŞ Prezidenti Donald Trump Cənubi Koreyaya qarşı tarifləri artırmaq niyyətində olduğunu açıqlayıb. O, Seulun iyul ayında Ağ Evlə əldə olunan ticarət razılaşmasını yerinə yetirmədiyini iddia edib.

Referans MEDİA bildirir ki, Trump “Truth Social” platformasında etdiyi paylaşımında bildirib ki, Cənubi Koreya parlamenti razılaşmanı hələ təsdiqləmədiyi üçün bu ölkədən idxal olunan avtomobillər və avtomobil hissələri, taxta məhsulları, dərman preparatları, eləcə də qarşılıqlı tariflər üzrə rüsumlar 15 faizdən 25 faizə qaldırıla bilər.

“Bizim ticarət razılaşmalarımız ABŞ üçün son dərəcə önəmlidir. Hər bir razılaşma çərçivəsində üzərimizə düşəni etdik və tarifləri sürətlə azaltdıq. Təbii ki, ticarət tərəfdaşlarımızdan da eyni addımı gözləyirik,” – deyə Trump paylaşımında vurğulayıb.

Hazırda Ağ Ev tariflərin artırılması ilə bağlı hər hansı icra sərəncamı imzalamayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki