ABŞ-da 60 ildən sonra ətyeyən təhlükəli parazit aşkarlandı

ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) 1966-cı ildən bəri ilk dəfə olaraq "Yeni Dünya Vida Qurdu" (NWS) adlı ətyeyən parazitin ölkədə bir heyvanda aşkarlandığını açıqlayıb.

Məlumata görə, parazit Texas ştatında üç həftəlik buzovun göbək nahiyəsində aşkarlanıb. Hadisə ABŞ-Meksika sərhədindən təxminən 48 kilometr məsafədə yerləşən La Pryor qəsəbəsində qeydə alınıb.

Səlahiyyətlilər parazitin yayılmasının qarşısını almaq üçün ərazidə 20 kilometrlik karantin zonası yaradıb. Həmçinin milyonlarla steril vida qurdu milçəyinin buraxılması planlaşdırılır ki, bu da yeni sürfələrin yaranmasının qarşısını almalıdır.

Rəsmilər bildiriblər ki, parazitin insanlara və ev heyvanlarına yoluxma riski çox aşağıdır və hadisə qida təhlükəsizliyi üçün təhlükə yaratmır.

ABŞ-ın kənd təsərrüfatı naziri Brooke Rollins heyvandarlıqla məşğul olan şəxsləri diqqətli olmağa çağırıb və görülən tədbirlərin parazitin ölkəyə yayılmasını təxminən bir il gecikdirdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki