ABŞ-da imzalanacaq sənədlərin SİYAHISI açıqlandı – Tarixi qərar / FOTOLARbackend

ABŞ-da imzalanacaq sənədlərin SİYAHISI açıqlandı – Tarixi qərar / FOTOLAR

  Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir.

Rederans  xəbər verir ki, sənəd ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanacaq.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanır.

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə, ikinci şərt – Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in baş katibinə birgə müraciət edəcəyi bildirilir.

İmzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır.

Səfər zamanı “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanacaq.

Bu da əməkdaşlığın strateji tərəfdaşlığa doğru irəlilədiyinin əyani sübutdur.

Azərbaycan–ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edəcək:

– Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

– Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

– Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki