ABŞ-da rekord qar: 5 mindən çox reys ləğv edildi

ABŞ-ın Şərq sahillərini vuran güclü qar fırtınası həyatı iflic edib. Minlərlə reys ləğv olunub, yüz minlərlə ev və obyekt işıqsız qalıb.

Referans Media National Weather Service istinadan bildirib ki, Rhode Island və Massachusetts ştatlarının bəzi ərazilərində qarın qalınlığı 94 sm-ə çatıb. Central Park (New York City) ərazisində 48 sm-dən çox qar ölçülüb. Providence şəhərində isə 1978-ci ildən bəri ən yüksək göstərici – 91 sm qar qeydə alınıb.

Fırtına səbəbindən New York, New Jersey və Massachusetts daxil olmaqla bölgədə 600 mindən çox abonent elektrik enerjisiz qalıb. Bir sıra ştatlarda nəqliyyat məhdudiyyətləri və sürət limiti tətbiq olunub.

Hava nəqliyyatı ciddi zərər görüb. FlightAware məlumatına görə, ABŞ-la əlaqəli 5 706 reys ləğv edilib. LaGuardia Airport, John F. Kennedy International Airport və Logan International Airport-da uçuşların böyük hissəsi baş tutmayıb. Pis hava şəraiti səbəbilə növbəti gün də minlərlə reysin ləğvi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki