image-abs-ordu-suriyabackend

ABŞ-dan Avropaya xəbərdarlıq: Silah tədarükü gecikə bilər

ABŞ rəsmiləri bəzi Avropa liderlərini İrandakı əməliyyat səbəbindən silah tədarükündəki gecikmələr barədə məlumatlandırıblar.

Referans Media  Reuters-ə istinadən xəbər verir ki, gecikmələr Baltikyanı və Skandinaviya da daxil olmaqla bir neçə Aİ ölkəsinə təsir edəcək.

Reuters-in yazdığına görə, ABŞ rəsmiləri yazışmalarda İrandakı müharibənin ABŞ arsenalını tükəndirməyə davam etdiyini, buna görə də əvvəllər imzalanmış müqavilələri tam yerinə yetirə bilməyəcəklərini bildiriblər.

Ağ Ev rəsmiləri Yaxın Şərqdəki münaqişənin ABŞ hərbi-sənaye kompleksinin artan tələbatı ödəməsinə mane olacağından narahatdırlar və buna görə də dünyadakı bəzi müştərilərinə tədarükləri azaltmağı düşünürlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki