ABŞ hücuma hazırlaşır: Avropa qoşunları əraziyə girə bilər – KİV

Avropa İttifaqı (Aİ) hərbi qüvvələrini Qrenlandiyaya göndərməyi planlaşdırır.

Referans Media  xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Aİ ABŞ-ın Qrenlandiyaya müdaxilə edə biləcəyi ehtimalına qarşı əraziyə hərbi qüvvə göndərmə planları hazırlayır.

Alyans bir neçə variantı nəzərdən keçirir:

ABŞ-la NATO çərçivəsində kompromis yolu tapmaq;

Aİ tərəfindən Qrenlandiyanın maliyyələşdirilməsi;

ABŞ-a qarşı iqtisadi tədbirlər tətbiq etmək.

“Avropa ölkələri, əgər Danimarka xahiş edərsə, ABŞ-ın mümkün hərbi əməliyyatının xərcini artırmaq üçün Qrenlandiyada hərbi qüvvələr yerləşdirməyi nəzərdən keçirməlidir.

Aİ ABŞ Prezidenti Donald Trampla Qrenlandiyaya iddiaları fonunda birbaşa qarşıdurmaya hazırlaşmağa çağırılıb”, – deyə bildirilir./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki