Donald Tramp administrasiyasının Braziliyadan qəhvə idxalına tətbiq etdiyi 50 faizlik rüsum qlobal bazarı silkələyib.
Bu qərar ABŞ-da qəhvənin qiymətinin maksimum həddə çatmasına gətirib çıxara bilər.
Braziliya dünyanın ən böyük qəhvə istehsalçısı və ixracatçısı, ABŞ isə onun ən böyük alıcısı və dünyada bu içkinin ən böyük istehlakçısıdır. 200 milyona yaxın amerikalı hər gün azı bir fincan qəhvə içir.
Yeni rüsum avqustun 1-də təsdiqlənərsə, 2024-cü ildə Cənubi Amerika ölkəsindən 8,14 milyon ədəd 60 kiloqramlıq kisə məhsul idxal edən ABŞ-a Braziliya qəhvəsinin tədarükü dayana bilər. Braziliya qəhvəni başqa yerdə satacaq. ABŞ da qəhvəni başqa yerdən – Kolumbiya, Honduras, Peru, Vyetnamdan alacaq, lakin Braziliyadan aldığı həcmdə və qiymətə yox./Publika.az