ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ruanda və Konqo Demokratik Respublikası arasında sülh müqaviləsi imzalanıb.
Referans Media xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ev sahibliyi ilə ABŞ Sülh İnstitutunda keçirilən imzalanma mərasimində Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Tşisekedi, Ruanda prezidenti Paul Kaqame ilə yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Seneqal kimi region ölkələrindən nümayəndələr iştirak ediblər.
İmzalanma mərasimindəki çıxış edən Tramp prezident Tshisekedi və prezident Kaqameyə ayrı-ayrılıqda təşəkkür edib və onilliklərdir davam edən müharibəyə son qoyduğu üçün çox xoşbəxt olduğunu bildirib. “Bu gün əla gündür. Afrika üçün əla gündür, dünya və bu iki ölkə üçün çox mühüm gündür. Onların bu gün fəxr edəcəkləri çox şey var. Mən hər iki ölkə liderinə təşəkkür etmək istəyirəm”, – deyə Tramp bildirib.
Konqo Demokratik Respublikası (KDR) ilə Ruanda arasındakı münaqişənin dünyanın ən uzun münaqişələrindən biri olduğunu və 10 milyondan çox insanın həyatına son qoyduğunu bildirən Tramp: “Bu münaqişəyə son qoymaq üçün tarixi bir razılaşma imzalamaq üçün ABŞ Sülh İnstitutunda toplaşmışıq. Bu gün onilliklər boyu davam edən zorakılığa və qan tökülməsinə son qoyacağımıza və KDR ilə Ruanda arasında yeni bir dövrə qədəm qoyacağımıza söz veririk”.






















