Aİ və Böyük Britaniya Ukrayna ilə sülh razılaşmasını sabotaj etməyə çalışır – Rusiya nümayəndəsi

Avropa İttifaqı və Böyük Britaniya Ukraynanı döyüşləri davam etdirməyə təşviq etməklə münaqişənin sülh yolu ilə həllini sabotaj etməyə çalışır. Bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev bildirib.

“Referans MEDİA” bildirir ki, Dmitriyev “X” sosial şəbəkəsindəki paylaşımında Vladimir Zelenskinin “ərazi məsələsi üzrə kompromisin hələ əldə olunmadığı” barədə açıqlamasını şərh edərək, 2022-ci ildə Londonda baş verən hadisələri xatırladıb. Dmitriyev həmin dövrdə Böyük Britaniya rəhbərliyinin sülhün qarşısını alan addımlar atdığını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki