Akunis İranı belə adlandırdı

“İrana nüvə silahı əldə etməyə icazə verilməməlidir”.

Referans Media  xəbər verir ki, bunu İsrailin Nyu-Yorkdakı baş konsulu Ofir Akunis deyib.

“İstənilən ABŞ hərbi əməliyyatı ilə bağlı qərarları İsrail deyil, Prezident Donald Tramp verəcək. Tehran hələ də diplomatik danışıqlarda güzəştə getməyə hazır olmadığını göstərir. İran – “bu pis imperiya”, ayətullahlar nüvə silahlarını və qitələrarası raketlərini saxlamaq istəyirlər.

Əgər İran həm nüvə, həm də raket proqramlarını saxlamaqda israrlıdırsa, danışıqların davam etməsinin mənasızdır”, – o qeyd edib./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki