image-maqnitbackend

Alimlər mat qalıb: Bu gecə qəflətən maqnit qasırğası başlayıb – Ehtiyatlı olun

Yer kürəsində əvvəllər proqnozlaşdırılmayan maqnit qasırğası başlayıb.

Referans xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası gözlənilməz orta güclü tufan barədə məlumat verib.

İlk geomaqnit iğtişaşlar Bakı vaxtı ilə saat 00:00-da qeydə alınıb, onların səbəbləri hazırda bəlli deyil. Maqnit qasırğası bütün gecəni davam edib və səhərə qədər orta dəyərdən bir qədər yuxarı olan G2.3 həddinə çatıb.

Alimlər onu da bildiriblər ki, qasırğa iyunun 14-nə kimi böyük tac dəliyinin Günəşə təsiri ilə güclənə bilər. Mütəxəssislər hələ fırtınanın müddəti və gücü ilə bağlı heç bir proqnoz verməyiblər, lakin qeyri-sabit geomaqnit vəziyyət 2-3 gün davam edə bilər.

İyunun 4-də Yer kürəsində təxminən 70 saat davam edən rekord uzunmüddətli maqnit qasırğası sona çatdı . Bu, 2017-ci ilin aprelindən bəri ən uzun fasiləsiz geomaqnit pozğunluqları və fırtına seriyası oldu./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki