Alimlər süni Ay torpağında kartof yetişdirdi

NASA-nın dəstəyi ilə həyata keçirilən araşdırma çərçivəsində alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar.

Referans Media xəbər verir ki, tədqiqatın nəticələri gələcəkdə Ayda yaradılacaq bazalarda fəaliyyət göstərəcək astronavtların yerli qida ilə təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Araşdırma zamanı alimlər Ay torpağını təqlid edən xüsusi torpaq nümunəsini üzvi maddələrlə zənginləşdirərək kartof yetişdiriblər. Müşahidələr göstərib ki, torpağa kifayət qədər üzvi maddə əlavə edildikdə kartoflar Yer kürəsindəki torpaqda olduğu qədər sağlam və məhsuldar inkişaf edir.

Layihə çərçivəsində erkən yetişən, qırmızı qabıqlı və ağ içlikli "Modoc" sortundan istifadə olunub.

Mütəxəssislər hesab edirlər ki, bu nəticə gələcək kosmik missiyalar üçün böyük əhəmiyyət daşıyır.

Hazırda həm ABŞ, həm də Çin Ay səthində uzunmüddətli bazalar yaratmaq planları üzərində işləyir və qarşıdakı illərdə yenidən astronavt göndərməyi hədəfləyir.

Alimlərin fikrincə, Ay bazalarına lazım olan bütün ərzağın Yer kürəsindən daşınması həm baha, həm də çətin olduğundan, yerində qida istehsalının təşkili uzunmüddətli kosmik missiyaların uğuru üçün vacib şərtlərdən biridir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki