ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı gələn il Vaşinqtona səfəri zamanı Ağ Evdə qəbul etmək istəyir.
Referans Media xəbər verir ki, Tramp Paşinyanı ABŞ-da Milli Dua Səhər Yeməyinə dəvət edəcək.
Ağ Ev rəhbəri Ermənistan Baş nazirini “müstəsna şəxsiyyət” və “yaxşı dost” kimi xarakterizə edib.
Tramp əlavə edib ki, görüş zamanı tərəflər regionda sülhün daha effektiv şəkildə təşviqi və ABŞ-Ermənistan münasibətlərinin inkişaf etdirilməsi yollarını müzakirə edə bilərlər./globalinfo.az/
