Türkiyənin xarici işlər naziri Hakan Fidana Ankaranın Səudiyyə Ərəbistanı və Misirlə iddia olunan hərbi ittifaq danışıqları barədə sual ünvanlanıb.
Referans Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.
Fidan bildirib ki, təhlükəsizlik sahəsində əməkdaşlıq üçün bir platformanın yaradılmasına ehtiyac var:
“Təhlükəsizlik mövzusunda əməkdaşlıq platforması formalaşdırılmalıdır. Bu platforma yarandıqdan sonra, geniş bir çərçivədə problemlərin böyük ölçüdə həll olunacağını düşünürəm. Hazırda bu danışıqlar var, müzakirələr gedir, lakin hələlik hər hansı bir saziş imzalamamışıq”.
Beləliklə, Fidan Türkiyənin Misir və Səudiyyə Ərəbistanı ilə hərbi ittifaq danışıqları apardığını təsdiqləyib, eyni zamanda hələlik hər hansı hərbi ittifaq sazişinin imzalanmadığını vurğulayıb.






















