Türkiyənin Antalya şəhərindəki meşə yanğını məşhur müğənni Bülent Ersoyun villasına sıçrayıb.
Referans Türkiyə mediasına istinadən xəbər verir ki, yanğən zamanı Kundu bölgəsinin Gözəloba məhəlləsindəki villada olan sənətçi təcili təxliyə olunub.
“Meşə çox qısa müddətdə sözün əsl mənasında yanıb kül oldu. Divamızı çətinliklə də olsa, təxliyə etdik” – ifaçının məsləhətçisi Arzu Acay bildirib. O, Ersoyun vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və evdəki yanğın genişlənmədən söndürülüb.
Qeyd edək ki, Antalyanın bir neçə rayonunda meşə yanğınları davam edir. /publika.az