Astaranın Tüləgüvən kəndinin keçilməz yolları – FOTO

  Astaranın Tüləgüvən kəndində yolsuzluq həyatı iflic edib

Referans Teleqraf-a istinadən xəbər verir ki, Astaranın ucqar dağ kəndlərində yol problemi sakinlərin gündəlik həyatını xeyli çətinləşdirib. Havanın üzünü qara bulud alanda Tüləgüvən kənd sakinlərinin də qara günü başlayır.

Kəndi qonşu Siyakü kəndi, eləcə də əsas asfalt yol ilə birləşdirən bir neçə kilometrlik yol uzun müddətdir bərbad vəziyyətdədir.

Kənd sakini Surac Eyvazov bildirib ki, daxili imkanlarla yolun bir hissəsinə daş-çınqıl tökülsə də, bu, problemi həll etməyib: “Yağışlı günlərdə vəziyyət lap dözülməz olur. Bəzən təcili yardım və yanğınsöndürən maşınlar belə kəndə daxil ola bilmirlər”.

Kəndddəki şagirdlərin məktəb yolu da yağışda palıçıqlı olur. Bəzi valideynlər azyşalı uşaqları yağışlı günlərdə məktəbə burxmasa da, bu çətinliyi gözə alıb məktəbə gedən şagirdlər də olur.

Yolsuzluq şagirdlərin bəzən dərsə gecikməsinə səbəb olur. Sakinlərin sözlərinə görə, yolun təmiri üçün təcili tədbirlər görülməsə, yerli sakinlər ətraf kəndlərə köçə bilər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki