Referans Media xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif “X” hesabında bildirib.
“Bu, diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün əhəmiyyətlidir”, – deyə Şərif qeyd edib.
Bundan əvvəl İranın XİN rəhbəri Seyid Abbas Əraqçi İsrailin atəşkəsi pozduğunu iddia etmişdi.
Pakistanın vasitəçiliyi ilə əldə olunan ikihəftəlik müddət regionda gərginliyin azaldılması və tərəflərin danışıqlar masasına qayıtması üçün kritik dövr hesab olunur./publika.az























