image-imzaaabackend

Azər Hacıyevə yüksək vəzifə verildi

Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Referans Media bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə icra başçısı İlham İsmayılov əmr imzalayıb. İcra başçısının əmri ilə Azər Hacıyev qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifələrinə təyin olunub.

A.Hacıyev bu təyinata qədər icra hakimiyyətində mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki