image-1-17backend

Azərbaycan konsulu İqdırdadır – Hava limanı gücləndirilmiş rejimə keçdi

Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Əliyev Bakı-Naxçıvan-Bakı təyyarə reyslərinin koodinasiya etmək məqsədilə İqdıra gəlib.

Referans Media xəbər verir ki, bunu “Yeni Sabah”a İqdırda fəaliyyət göstərən jurnalist Sərdar Ünsal bildirib.

Onun sözlərinə görə, yaranacaq sərnişin sıxlığı ilə bağlı İqdır hava limanı hazır vəziyyətə gətirilib.

Prosesin maksimum problemsiz irəliləməsi üçün hakim Ədalət və İnkişaf Partiyasından İqdır millət vəkili Cantürk Alagöz də hava limanında olacaq.

Jurnalistin deyib ki, uçuşların təhlükəsiz və fasiləsiz həyata keçirilməsi, eləcə də sərnişinlərin Naxçıvana transferi üçün Türkiyə və Azərbaycan tərəfləri arasında koordinasiya gücləndirilib. Hava limanında təşkilati və texniki hazırlıq işləri də davam etdirilir.

Qeyd edək ki, martın 5-də İranın Naxçıvana PUA hücumu ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunub.

Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İqdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İqdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcək

Xatırladaq ki, İqdır vilayəti Azərbaycanın Qars Baş Konsulluğunun xidmət dairəsindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki