Azərbaycan neftinin qiyməti 118 dolları keçdi

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,75 ABŞ dolları və ya 1,5 % artaraq 118,16 ABŞ dolları təşkil edib.

Referans Media xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.

"Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 114,9 ABŞ dolları təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki