image-kulek-gunesbackend

Azərbaycanda enerji inqilabı: Külək və günəşdən istehsal rekord səviyyəyə çatdı!

2025-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalında artım qeydə alınıb.

Referans Media Energetika Nazirliyinin hesabatına istinadən xəbər verir ki, ölkədə ümumi elektrik enerjisi istehsalı 28 657,5 mln. kVt·st təşkil edərək 0,9% artıb. Bu dövrdə xüsusilə bərpa olunan enerji mənbələrindən – külək və günəş elektrik stansiyalarından istehsal əhəmiyyətli dərəcədə artıb.

Hesabat dövründə külək elektrik stansiyaları 169,7 mln. kVt·st, günəş elektrik stansiyaları isə 599,8 mln. kVt·st elektrik enerjisi istehsal edib. Bərk məişət tullantılarının yandırılması zavodu da 222,1 mln. kVt·st enerji təmin edib. Ümumilikdə, bərpa olunan enerji mənbələrindən istehsal 162,3 mln. kVt·st artıb.

2025-ci ildə ölkə üzrə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVt·st, idxalı isə 177,2 mln. kVt·st olub. Hesabatdan görünür ki, Azərbaycanda bərpa olunan enerji istehsalı sürətlə artır və ölkənin enerji balansında bu mənbələrin payı getdikcə yüksəlir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki