2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb.
Referans Media xəbər verir ki ,bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadın olub.
Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, mədə xərçəngi üzrə 1 392 nəfər təşkil edib.
Bundan başqa, düz bağırsaq, onunla siqmavari bağırsağın birləşməsi və anus nahiyəsinin bədxassəli yenitörəmələri ilə bağlı 832, qırtlaq xərçəngi üzrə 199, traxeya, bronx və ağciyər xərçəngi üzrə 1 480, süd vəzisi xərçəngi üzrə 2 928, dərinin melanoması üzrə isə 47 nəfər ilk dəfə qeydiyyata alınıb.
Bu göstəricilər hər gün orta hesabla 41 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulur.
Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenitörəməli xəstələrin ümumi sayı 74 004 nəfər olub.
Qeydiyyatda olan xəstələrin 28 026-sı kişi, 45 978-i qadındır.
Yaş qrupları üzrə qeydiyyatda olan xəstələrin 952-si 0-17 yaş, 1 603-ü 18-29 yaş, 5 797-si 30-39 yaş, 32 452-si 40-59 yaş, 33 200-ü isə 60 və yuxarı yaş qrupuna aid olub.
