Onunla bərabər hotelin qeydiyyatçısı, 2000-ci il təvəllüdlü Turxan da saxlanılıb. Onların Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Nicat Turxana hoteldə qalmaq üçün gələn adi müştərilərə otağın gününü 50 manatdan verməyi, dincəlmək üçün qadınla gələn kişi müştərilərə isə 70 manata verməyi tapşırıb. Turxan müştərilərdən aldığı pulları Nicata verib.
Məhkəmənin hökmü ilə Nicat Sadıqzadə və Turxana 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub və bir il sınaq müddəti hesab edilməklə, cəza şərti hesab olunub. (Qaynarinfo.az)
