“Zəngəzur dəhlizinin açılmasını həyəcanla gözləyirəm.
Referans xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib.
“Könül istərdi ki, kommunikasiyalar daha əlçatan olsun. Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana tez-tez gedib gələk”, – deyə əlavə edib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.























