Azərbaycanda zəlzələ olacaq? – AÇIQLAMAbackend

Azərbaycanda zəlzələ olacaq? – AÇIQLAMA

  Türkiyədə baş vermiş zəlzələnin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur.

 

Referans  bildirir ki, bunu Teleqraf-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

 

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan ayrı-ayrı tektonik bölgələrdə yerləşir: “Seysmo-tektonik cəhətdən Türkiyə ilə Azərbaycan tamamilə fərqli bölgələrdir. Türkiyədə baş verən zəlzələnin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Çünki orada baş vermiş zəlzələ bizdəki ocaqları oyada bilməz. Azərbaycanda da xırda təkanlar olur, lakin hazırda təhlükəli ocaqlar yoxdur”.

 

Q.Yetirmişli bildirib ki, Türkiyə Şərqi Anadolu, Ərəbistan və Afrika plitələri arasında sıxıldığı üçün aktiv seysmoloji zona hesab edilir: “Digər tərəfdən də Avrasiya qitəsi Türkiyəni sıxdığı və dağlıq bölgə olduğu üçün proses davam edir. Blokların hərəkəti, tektonik qırılmalar boyu sürətləri tez-tez zəlzələlərin baş vermə ehtimalını artırır.

 

Bildiyiniz kimi, iki il öncə 500 km-ə qədər qırılma boyu zəlzələ davam edib. Kahramanmaraş zəlzələsindən sonra yeni zəlzələlərin baş verməsi normaldır. Çünki təkanların təsiri ilə ayrı-ayrı qırılmalar, parçalanmalar əmələ gəlir. İndi maqnitudası 5 və 5-dən yuxarı olan bu zəlzələlər qırılmaların davamıdır”, – o, bildirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki