Venesiya Film Festivalında qırmızı xalıda boy göstərən Aynişan Quliyevanın tərzi müzakirə olunub.
“Armani Beauty”nin dəvətilə gecədə iştirak edən Ayni xalı üçün qara libas seçib. Ən çox diqqət çəkən isə influenserin aksessuarları olub.
Gecədən görüntüləri “Armani Beauty” rəsmi hesabında paylaşıb. Brend tədbirə dünya şöhrətli aktrisa Keyt Blanşeti də sima kimi dəvət edib.




























