Bakı sakinlərinə xəbərdarlıq: Yenidən maska taxmaq lazımdır – Qəribə səbəbbackend

Bakı sakinlərinə xəbərdarlıq: Yenidən maska taxmaq lazımdır – Qəribə səbəb

  Bakıda və Abşeron yarımadasında, eləcə də cənub və Aran bölgələrində tozlu, isti hava şəraiti müşahidə olunur. Mütəxəssislər bildirir ki, bu cür

hava insan sağlamlığına mənfi təsir göstərir. Xüsusən astma, allergiya və digər tənəffüs problemləri olan şəxslər üçün vəziyyət daha da çətinləşir.

Belə hallarda hansı praktik üsullardan istifadə etmək mümkündür? İnsanlar həm isti, həm də tozlu hava şəraitində əsasən nələrə diqqət etməlidir?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, yay aylarında Bakı və Abşeron

yarımadası tez-tez tozlu havaya məruz qalır:

“Bu, Şərq küləkləri ilə Orta Asiya və Türkmənistan səhralarından gələn tozlu hava kütlələrinin ölkəmizə daxil olması nəticəsində baş verir. Cənub və

Aran bölgələrində isə cənub-qərb küləkləri vasitəsilə yaxın Orta Şərqdən gələn hava kütlələri tozu gətirir. Bu hava şəraiti atmosfer sirkulyasiyasının

təbii bir hissəsidir və zaman-zaman baş verir”.

Ekoloq qeyd edib ki, insanların evdən çıxmamağa və qoruyucu vasitələrdən istifadə etməyə çalışması vacibdir:

“Xüsusən, bronxial problemləri olanlar qoruyucu maskalardan istifadə etməlidir. İsti havalar xüsusən Bakı və Abşeron yarımadasında, həmçinin

Aran bölgəsində normaldır. Çünki Azərbaycan quru subtropik iqlim qurşağında yerləşir. Günəşin zərərli şüalarından qorunmaq üçün baş örtükləri

və çətirlərdən istifadə edilməlidir.

Günəşin ən güclü olduğu saatlarda – 11:00-17:00 aralığında açıq havada olmamaq tövsiyə olunur. Bundan əlavə, hər kəs günəşdən qoruyucu

kremdən istifadə etməlidir, xüsusən üz, qol və bədənin açıq sahələrinə tətbiq olunmalıdır. Bu, dərini ultrabənövşəyi şüaların zərərli təsirindən

qorumağa kömək edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki