Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz

"Bakı-Tbilisi-Bakı dəmir yolu reysi üzrə hərəkət edən qatarın sərnişinləri əlavə səyahət sığortası əldə etməlidirlər".

 
Referans Media  xəbər verir ki ,bunu Oxu24.com-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

 
O bildirib ki, sərnişinlərin səyahət sığortasının bilet qiymətinə aidiyyəti yoxdur:

 
"1 yanvar 2026-cı ildən etibarən Gürcüstan Respublikasının qanunvericiliyinə əsasən, adıçəkilən ölkəyə daxil olan sərnişinlər məcburi sığorta olunmalıdırlar. Ona görə də səyahət edən sərnişinlər mütləq şəkildə sığortalanmalıdırlar. Əks təqdirdə Gürcüstan ərazisinə daxil olan sərnişin cərimələnə bilər və " Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti buna görə heç bir məsuliyyət daşımır".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki