Bakı üçün vacib qərar: yeni proses başlayır – Gələn həftədən…

“Yanlış olaraq belə düşünülür ki, AYNA ölkəyə əlavə 2300 yeni avtobus gətirir. Əslində isə söhbət ümumi saydan gedir, yəni ötən il bu rəqəm 2180 idisə, indi ümumi göstərici 2300 olacaq. Bu da 120 avtobus artımı deməkdir. Lakin belə addımlar sərnişin sıxlığını aradan qaldırmağa yönəlməyib. Şirkətlər sadəcə bu dövrlərdə daha çox daşınma həyata keçirib gəlirlərini artırmağı hədəfləyirlər. Yəni qərar kommersiya xarakteri daşıyır”.

Ekspert bildirib ki, avtobusların sayının çoxalması sərnişindaşımada intensivliyi artıra bilər, amma sıxlıq problemini həll etməyəcək:

“Əksinə, sərnişinlərin və nəqliyyat vasitələrinin sayının paralel şəkildə artması tıxaca gətirib çıxaracaq. Çünki növbəti həftədən özəl məktəblərin mikroavtobusları da xəttə qoşulacaq. Eyni zamanda universitet tələbələri və şagirdlərin valideynlərinin şəxsi nəqliyyata üstünlük verməsi bu prosesə əlavə təsir göstərəcək. Beləliklə, avtobus sayının artımı nə sıxlığın azalmasına, nə də tıxac probleminin həllinə səbəb olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki