Bu barədə Referans Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Kia” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.






















