image-gecebackend

Bakıda böyük tıxac: “Koroğlu”da hərəkət dayanıb 

Bakının “Ziya Bünyadov” prospektindən üzü “Koroğlu” metrosuna gedən istiqamətində saatlardır ki, böyük tıxac yaranıb.

Referans Media xəbər verir ki, tıxac səbəbindən yolda hərəkət iflic olub.

Məlumata görə, bəzi nəqliyyat vasitələri avtomobillərini söndürərək, ərazidən uzaqlaşıblar.

Tıxacın səbəbi bilinmir. Ərazidə olan əməkdaşımızın verdiyi xəbərə görə, hazırda hərəkət qismən bərpa edilsə də, sıxlıq müşahidə olunur.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki