Bakıda klinikada blogerin çəkiliş aparması araşdırılacaqbackend

Bakıda klinikada blogerin çəkiliş aparması araşdırılacaq

  Bakıda “Medipoint” klinikasında blogerin süni mayalanma zamanı apardığı çəkiliş Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yaradılmış işçi qrupu tərəfindən ciddi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Referans bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, “Medipoint” klinikasında bloger Arifə Məmmədova süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa girib və proses boyunca içəridə olub, çəkiliş edib.

Bunu reklam məqsədilə edən klinika və bloger videonun tənqid edildiyini görəndən sonra görüntülər sosial şəbəkələrdən silinib.

Əməliyyatı icra edən ginekoloq Vüsalə Rəhimovadır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki