Bakıda son günlər hava şəraitində dəyişkənlik müşahidə olunur. Temperaturun enməsi, küləyin güclənməsi və yağıntı ehtimalı paytaxt və bölgələrdə qışın təsirini daha da artırır.
Meteoroloq Cavidan Əliyev Referans Media-ya açıqlamasında bildirib ki, ayın 10–11-də ölkə ərazisində, o cümlədən Bakıda qar yağacağı gözlənilir. Onun sözlərinə görə, paytaxtda əsasən sulu qar müşahidə olunacaq. Aran bölgəsində isə yağıntının sulu qar şəklində olacağı proqnozlaşdırılır.
Gülnaz Abdullazadə
